Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaranması Azərbaycan dövlətinin mütəqiliyyinin carçısı idi. Milli Ordumuz Azərbaycan Xalq Cümhuriyyətinin vaxtında, 26 iyun 1918-ci ildə yaranmağa başladı. Avqust ayının 1-də Azərbaycan Xalq Cümhriyyətinin ilk Hərbi Nazirliyi yaradıldı. Həmin ayın 25-də nazir vəzifəsinə general Səmməd bəy Mehmandarov, müavini isə Əlağa Şıxlinski təyin edilib. Ordumuz həmən vaxtlar Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalçılardan azad etdi. O, zaman Ordumuz tərəfindən Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Ordumuzun ömrü çox uzun olmadı Azərbaycan Xalq Cumhriyyətinin süqutu ilə Ordumuzda ləğv olundu. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra Ulu Öndər respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi. Ulu Öndər Hərb sahəsinin inkişafı üçün 1999-cu il yanvar ayının 20-də Hərbi Akademiyanın yaranması haqqında fərman imzaladı. Ulu Öndər 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Azərbaycan ordusu 44 günlük Vətən müharibədə tarix yazdı,dünya bir daha Azərbaycan Ordusunun gücünü gördü. Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Var olsun Ordumuz, yaşasın Ali Baş Komandanımız! Yaşasın müstəqil Azərbaycan dövləti!Vüqar İsmayılov, YAP Xocalı rayon təşkilatının əməkdaşı